About us
Oktyabr 20, 2020 2025-04-19 16:31About us
Biz kimik?
Future Leaders Awareness Program
FLAP( Future Leaders Awareness Program) məktəblilərin liderlik potensialını üzə çıxarmaq, yumşaq bacarıqlarını inkişaf etdirmək və onları şəxsi və professional həyatlarına hazırlamaq məqsədilə fəaliyyət göstərir.
Biz, yenilikçi yanaşma və interaktiv metodlarla gənclərə öz bacarıqlarını kəşf etmək, gücləndirmək və gələcək karyeralarına daha inamlı addımlarla irəliləmək imkanı yaradırıq.
Biz inanırıq ki, hər bir gənc öz həyatının lideridir. FLAP onların bu liderliyi dərk etməsinə və cəmiyyətə töhfə verən güclü fərdlərə çevrilməsinə kömək edir.
Məqsəd və missiyamız
FLAP proqramı, məktəblilərin potensialını üzə çıxarmaq, onların yumşaq bacarıqlarını inkişaf etdirmək və öyrənməyi öyrətmək məqsədilə yaradılmışdır. Bizim missiyamız, iştirakçılarımızın analitik düşünmə, ünsiyyət, problem həlli və komandada işləmə kimi bacarıqlarını gücləndirərək, onların akademik və şəxsi inkişafına dəstək olmaqdır. FLAP, məktəbliləri müasir dünyanın çağırışlarına hazırlamaq və onları gələcəkdə uğurlu fərdlərə çevirmək üçün nəzərdə tutulmuş platformadır.
Dəyərlərimiz
FLAP proqramının təməlini təşkil edən bu 4 dəyər güclü və sağlam bir öyrənmə mühiti yaratmaq üçün vacibdir.
Dürüstlük: Dürüstlük, güvənin və şəffaflığın əsasını təşkil edir. Dürüstlük, yalnız fərdi səviyyədə deyil, eyni zamanda kollektiv uğurun təminatıdır. Bu dəyər, sağlam ünsiyyətin və davamlı inkişafın ayrılmaz hissəsidir.
Məsuliyyət: Məsuliyyət fərdlərin bir-birinə və cəmiyyətə qarşı olan öhdəliklərini daha şüurlu şəkildə yerinə yetirməsini təmin edir. Cəmiyyətə qarşı məsuliyyətli olmaq, hər bir fərdin təsir gücünü anlamaq və bu təsiri müsbət istiqamətə yönəltmək deməkdir.
Etiklik: Doğru və vicdanlı qərarlar verməyi, başqalarına hörmətlə yanaşmağı və ədalətli olmağı tələb edir. Sağlam və güvənli münasibətlərin qurulması üçün etik dəyərlərə sadiqlik vacibdir.
Peşəkarlıq: Bütün digər 3 dəyər peşəkarlılığı gücləndirir. Yüksək standartlara əsaslanan öyrənmə mühiti yaratmaq və iştirakçılar üçün effektiv inkişaf imkanları təmin etmək önəmli bir faktordur.
Kimlər üçün nəzərdə tutulub?
FLAP proqramı, öz inkişafına investisiya qoymaq və yumşaq bacarıqlarını təkmilləşdirmək istəyən 7-11-ci sinif məktəbliləri üçün nəzərdə tutulmuşdur. Proqram, iştirakçıların fərdi və sosial bacarıqlarını artıraraq onları daha hazırlıqlı, məqsədyönlü və özünəinamlı fərdlərə çevirməyə yönəlib.
Proqramın iş prinsipi
FLAP proqramı üç fəsildən ibarət olmaqla, ümumilikdə doqquz ay davam edir və tamamilə onlayn formatda həyata keçirilir. Proses strukturlaşdırılmış şəkildə təşkil olunaraq, iştirakçıların bilik və bacarıqlarını davamlı inkişaf etdirməyə yönəlib.
Bazar ertəsi – Həftənin mövzusuna dair ekspertlər tərəfindən keçirilən vebinarlar iştirakçılara nəzəri biliklər qazandırmaq üçün nəzərdə tutulub.
Cümə günü – Həftənin mövzusuna əsaslanan interaktiv vorkşoplar iştirakçıların öyrəndiklərini tətbiq etmələrinə və təcrübə yolu ilə mənimsəmələrinə şərait yaradır.
Digər günlər – Mövzu ilə bağlı əlavə resurslar təqdim olunur: bloq yazıları, videolar, filmlər, kitab tövsiyələri və tətbiqi tapşırıqlar. Bu materiallar iştirakçıların mövzunu daha geniş perspektivdə dərk etməsinə kömək edir.
Feedback və Self Assessment Checklist ( öz-özünü təqib cədvəli) – Həftəlik geribildirim və davamlılıq monitorinqi iştirakçıların aktivliyini artırır və onların analitik düşünmə, özünütəhlil və məsuliyyət götürmə bacarıqlarını inkişaf etdirir.
Fasilitator dəstəyi – Proqram boyu iştirakçılar fasilitatorların dəstəyindən yararlanaraq suallarını ünvanlaya, əlavə izah və istiqamətləndirmə əldə edə bilərlər.
0
il
Təcrübə
10
+
Ekspert
100
İştirakçı
0