Sosial görüşlər
Mart 1, 2025 2025-03-01 15:35Sosial görüşlər
Sosial görüşlər – məktəblilər və gənclər üçün təşkil olunan görüşlərdir. Bu görüşlərdə iştirakçılar ünsiyyət qurur, bilik və təcrübələrini bölüşür, müxtəlif mövzularda müzakirələr aparırlar. Layihə çərçivəsində keçirilən bu görüşlər gənclərin şəxsi və peşəkar inkişafına kömək edir, liderlik, yaradıcılıq və komanda işi bacarıqlarını artırır. Eyni zamanda, yeni dostluqlar qurmağa və sosial çevrəni genişləndirməyə imkan yaradır.
Məqsədi:
1. Fərqli yollarla özlərini ifadə etməyi öyrətmək.
2. Ünsiyyət və dostluq əlaqələrini inkişaf etdirmək.
3.Məktəbdən/universitetdən və ya işdən kənar müsbət fəaliyyətlərə yönələrək əyləncəli, səmərəli vaxt keçirmək.
4. Yeni insanlar tanıyaraq netvörking qazanmaq.
5. Sosial bacarıqları və komandada işləmək qabiliyyətini gücləndirmək.
6. Fərqli fikir və dünyagörüşlərini öyrənmək.
7. Fərqli fəaliyyətlər sayəsində estetik zövqlərini kəşf edib, formalaşdırmaq.
8. Yenilikçi düşüncə və yaradıcılığı inkişaf etdirmək.
9. Liderlik və təşəbbüskarlıq qabiliyyətlərini artırmaq.
10. Mədəni və intellektual inkişafı təşviq etmək.
11. Özünəinamı və sosial adaptasiyanı gücləndirmək.
Hədəf kütləsi:
Məktəblilər, tələbələr və gənclər